• +(994)70 595-87-05

Məqalələr

image

Ağız qoxusu səbəbləri

Ağız qoxusu yaradan səbəblər və onun qarşısının alınması yolları.
Ağiz qoxusu (Halitozis)– ağızdan və ya ağız xaricindən qaynaqlanan pis və ya xoşagəlməz qoxudur. Ağız qoxusu bir çox xəstəliklərin mövcudluğundan xəbər verir.

Ağız qoxusunun bir çox fərqli səbəbləri var:

1. Ağız daxili səbəblər ( 80%):
Çürük dişlər
Diş əti xəstəlikləri
Diş əti qanamaları
Diş ərpi və diş daşları
Dişlərin və dilin fırçalanmaması
Ağızda qüsurlu plomblar
Qüsurlu körpülər və protezlər

2. Ağız xarici səbəblər – sistematik xəstəliklər :
Diabet
Qaraciyər çatışmazlığı
Böyrək çatışmazlığı
Mede - bagirsaq sistemi 
Tonzilit

3. Qəbul etdiyimiz qidalar və zərərli vərdişlər:
Az su qəbulu
Siqaret
Spirtli içkilər və s.

Ağız qoxusunun qarşısını almaq üçün nə etmək gərəkdir:

Ağız gigiyenasına riayət etmək, dişlərinizi gün ərzində 2 dəfə(səhər yeməyindən sonra və axşam yatmazdan öncə) 2-3 dəqiqə fırçalamaq.
Ağızda olan çürük dişlərin müalicə edilməsi.
Diş əti xəstəliklərinin müalicəsi.
Ağızda qüsurlu körpülərin və protezlərin yenilənməsi.
Ağızda qüsurlu olan plombların yenisi ilə əvəz edilməsi.
Diş sapından istifadə edilməsi.
Gün ərzində, satışda mövcud olan, ağız yaxalayıcılarından istifadə edilməsi.
Və sonda, ən azı ildə 2 dəfə stomatoloqunuza müraciət etməniz tövsüyə olunur! 

 

Cavab ver