• +(994)70 595-87-05

Məqalələr

image

Diş daşı

Diş daşı - diş səthi yaxşı təmizlənmədiyi zaman üzərilərində bakteriya qati dediyimiz bir təbəqə yaranır. Tüpürcəkdə olan kalsium və fosfat ionlarının da köməyi ilə bu təbəqə tədricən sərtləşir və diş daşına çevrilir. Diş daşının əmələ gəlməsi səbələrdən biridə tüpürcəkdir. Tüpürcəyin tərkibinə görə diş daşı daha çox miqdarda və ya daha tez müddətə yarana bilər. Tüpürcək vəzilərinin sayca ən çox olduğu bölgədə, yəni alt çənə ön bölgənin dil tərəfində diş daşları çox asanliqla yaranir. Onsuz da yumağın da adətən çətin və yetərsiz qaldığı bu bölgədə asanlıqla diş daşı səbəbli diş əti iltihabları və diş əti çəkilmələri görülür. Diş daşılari təmizlənmədikdə, miqdarı artır, diş əti çəkilməsi artır. Dişlərin araları açılar. Açılan sahələrdə diş daşı fesadlari davam edir. Dişəti çəkilməsi daha da artar. Daslarin çox olduğu yerlərdə karies (çürük) yarana bilər. 
Diş əti çəkiləməsi neticesinde disler arasi məsameler yaranir ve o mesamələr zamanla dis daslari ile dolur. Bu ise öz növbesinde daha çox sümük əriməsi ilə nəicələnir. Sümük ərimə prosessi ise öz növbesinde dişlərin laxlaması ilə nəticələnir. 
Diş daşı simptomlari: - Dişəti qanamasi
- Xosagəlməz qoxu
- Dişəti qizarmasi
- Dişəti şişkinliyi
Diş daşı yaratdigi dişəti xəstəlikləri:
- Gingivit - damağın selikli qişasının iltihabi xəstəliyi.
- Poradontoz -dişəti çəkilməsi xəstəliyi.

Diş daşlari mütamadi olaraq il ərzində 2 dəfə həkim - stomatoloqunuz tərəfindən təmizləndirilmlidir.

Cavab ver