• +(994)70 595-87-05

Məqalələr

image

Süd dişlərinin protezlənməsi niyə vacibdir?

“Süd dişlərinin protezlənməsi nə üçün lazımdır, əgər o dişlərin yerinə yeni dişlər çıxacaqlarsa?”- bu sual bir çox valideyinləri maraqlandırı, kimlərə ki, diş həkimi tərəfindən uşaqlarına protezlənmə məsləhət görülüb. Daimi dişlər şüphəsiz çıxacaqlar, amma daimi dişlərin çıxma zamanında: kəsici dişlər – 6-9 yaş, köpək dişləri – 11-13 yaş,  azı dişlər (arxa çeynəmə dişləri) – 9-12 yaş.

Süd dişlərinin daimi dişlərlə əvəzlənməsi üçün, süd dişlərinin köklərinin sovrulması gərəkir. Süd dişlərinin kökləri sovrulub düşürlər və daimi dişlər öz yerlərini alırlar.

Bir neçə səbəblər nəticəsində süd dişlərinin zamanından tez çəkilməsi baş verir. Adətən bu (süd dişinin çəkilməsi) dişin tamamən zədələnməsi səbəbindən və ya dişin infeksiya mənbəsi olduğu səbəbdən baş verir.

Əgər süd dişini 5-6 və bəzi hallarda daha ərkən yaşlarda çəkilirsə, təbiiki çəkilən dişin yerində diş çıxmayacaq, çünki daimi diş yuxarıda qeyd etdiyim yaşlarda çıxırlar. Və bu arada çəkilmiş süd dişinin yeri daimi diş çıxması zamanına qədər boş qalır.

Cavab ver